Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu layihəsinin 2-ci oxunuş müzakirəsi məqsədilə işçi qaydada görüş keçirilib.
Komitə sədri Tahir Mirkişili bugünkü görüşdə “İnvestisiya fəaliyyəti haqqında” Qanun layihəsinə dair növbəti fikir mübadiləsinin aparılacağını bildirib. O, yeni qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edildiyini, deputatlar tərəfindən bəzi təkliflərin olduğunu və bu istiqamətdə işlərin aparıldığını qeyd etdi.