Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

"Yuventus" - "İnter" oyunu təxirə salındı - Koronavirusa görə

1 178
Paylaş:
"Yuventus" - "İnter" oyunu təxirə salındı -     Koronavirusa görə

İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.

Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.Report

Paylaş:

Ən son xəbərlər