ABŞ-da Florida ştatının Federal Dairə Məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska taxmaq tələbinin uzadılmasının qeyri-qanuni olduğuna dair qərar verib və onu ləğv edib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Keçən həftə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi qoruyucu tibbi maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.
Buna cavab olaraq bir neçə fiziki şəxs və qeyri-kommersiya təşkilatı məhkəməyə müraciət edib. İşə baxdıqdan sonra Dairə Məhkəməsinin hakimi Katerin Mayzel bildirib ki, Amerika hökumətinin belə genişmiqyaslı tələbi ABŞ Konqresinin təsdiqindən keçməlidir və tibbi tənzimləyicinin maska rejiminin uzadılması ilə bağlı əsaslandırması kifayət deyil.