Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

PA-nın şöbə müdiri Tahir Kərimli ilə görüşdü

1 496
Paylaş:
PA-nın şöbə müdiri Tahir Kərimli ilə görüşdü

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vəhdət Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Tahir Kərimli ilə görüşüb.

Bu barədə Pravda.az-a T.Kərimli məlumat verib.

Partiya sədri bildirib ki, görüşdə siyasi partiyalarla ali hakimiyyət münasibətlərinin perspektivinə toxunulub: “Bir sıra məsələlər müzakirə olundu. Yazılı təkliflərimi cənab Ədalət Vəliyevə təqdim etdim. Təkliflərim qanunvericiliyə, deputatların işinin qurulmasına aid idi. Vəhdət Partiyasının qərargahla təmin edilməsi xahişini də irəli sürdüm. Görüşümüz qarşılıqlı anlaşma şəraitində keçdi. Hesab edirəm ki, bundan sonra əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək. Biz münasibətlərin inkişafında maraqlıyıq”.

Qeyd: Ə.Vəliyev Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə, ReAl Partiyanın sədri İlqar Məmmədovla, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə də görüşüb.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər