Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ədalət Vəliyevin daha bir partiya sədri ilə görüşü olub

1 167
Paylaş:
Ədalət Vəliyevin daha bir partiya sədri ilə görüşü olub

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə F.Mustafa özü məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüşdə oldum. Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu” – F.Mustafa qeyd edib.

Paylaş:

Ən son xəbərlər