Qubada qətl hadisəsi baş verib.
Pravda.az-ın məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını bıçaqla qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.
Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.