Bu gün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması hadisəsinin təfərrüatları məlum olub.
Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Hələlik onun harada olması müəyyənləşməyib və axtarışları davam etdirilir.
Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.