Daxili İşlər Nazirliyi(DİN) bir sıra KİV-lərdə və sosial şəbəkələrdəki səhifələrdə qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı səslənən iddialara cavab verib.
Nazirliyin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlər birlikdə çiyin-çiyinə xidmət aparırlar: "Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər".