Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Gələcək Partiyasının sədri Ağasif İbrahimovla (Şakiroğlu) ilə görüşüb.
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Şakiroğlu özü məlumat yayıb.
“Görüş Ədalət Vəliyevin təşəbbüsü ilə baş tutub. Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, siyasi partiyalar arası əlaqələr, həmçinin iqtidar-müxalifət münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, mövcud olan problemlər PA rəsmisinin diqqətinə çatdırılıb. Baş tutmuş görüş iqtidar-müxalifət arasında yeni dialoq mərhələsinin başlanğıcı kimi dəyərləndirilib” – o qeyd edib.
A.Şakiroğlu bu kimi görüşlərin bütün müxalif qüvvələrin iştirakı ilə, media qarşısında keçirilməsini təklif edir və hesab edir ki, açıq və şəffaf görüşlər ölkədə demokratik dəyərlərin inkişafına, mövcud olan problemlərin həllinə öz tövhəsini verə bilər.