“Biz keçmiş deputat Mahir Aslanovdan şikayətçiyik. Onun "KƏPƏZ-M" MTK tikinti şirkətinə mənzil almaq məqsədilə pul ödəmişik. Amma bizi aldadıblar, nə pulumuzu qaytarırlar, nə də mənzilləri”.
Sabiq deputat Mahir Abbasovdan şikayətçi olan Hüseynağa Heydərov başına gətirilənlərdən danışıb.
Sabiq deputat, hazırda bizneslə məşğul olan Mahir Aslanovdan şikayətçi olan Hüseynağa Heydərov 2020-ci il də KƏPƏZ-M tikinti şirkətindən Xırdalan şəhərində inşa etdiyi binadan mənzil almaq üçün müraciət edib. Altı ay ərzində şirktə üç mənzilin pulunu ödəyib. Amma sonradan bəlli olub ki, Mahir Aslanovun şirkətində mənzili başqasına satıblar.
Daha sonra aydın olub ki, mənzili alan şəxs MTK-nın öz əməkdaşıdır. Başqasına satılan mənzilin şirkətin öz əməkdaşına satılması əslində şübhə yaradıb. Əslində isə "KƏPƏZ-M" MTK-da belə vəziyyətlə rastlaşan təkcə Hüseynağa Heydərov deyil. Iddiaya görə, daha 8 nəfərin də başına bu cür oyun gətirilib.
Hüseynağa Heydərov əməkdaşımızla söhbəti zamanı bildirib ki, bu işlə əlaqədar onlara Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses gedib:
“Ötən gün prosesə yekun vurulub və şirkətdə işləyən bir nəfərə 8 il 6 ay cəza verildi. Əslində fağırın biri idi, həmin şirkətin öz işçisidir. Onu tapıb irəli verdilər. Nəticə olaraq mənə dəyən ziyanla bağlı heç bir qərar qəbul edilməyib”.