Ötən il Türkiyənin İstanbul şəhərində biri rusiyalı, digəri azərbaycanlı olmaqla iki iş adamını qaçıraraq işgəncəyə məruz qoyan şəxsin kimliyi müəyyənləşib.
Bu, “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyevdir.
Məlumata görə, qazaxıstanlı avtoritet 2021-ci ilin mayın 25-də E.K və D.A adlı şəxrlərə işgəncə edib və bu vasitə ilə onların bir milyondan çox vəsaitini ələ keçirib. İddiaya görə, bütün bunlar Bakırköydə yerləşən “Sea Pearl” yaşayış kompleksində baş verib.
Həmin vaxt hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı araşdırmanın davamında qruplaşmaya qazaxıstanlı “Arman Dikiy”in rəhbərlik etdiyini üzə çıxarıb.