“Azər Türk Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Pravda.az xəbər verir ki, bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artaraq, 439,2 milyon manat təşkil edib. Kredit portfeli ötən ilin eyni dövrünə nisbətən 47% böyüyərək 238,6 milyon manata bərabər olub. Depozitlər isə 8,9% artaraq 381.7 milyon manata yüksəlib. Bankın cəmi kapitalı isə 0,9% artaraq 57.5 milyon manat olub.
Bu ilin ilk üç ayında bankın faiz gəlirləri 34,5% artaraq 6,5 milyon manata, faiz xərcləri isə 56,2% artaraq 2,1 milyon manata yüksəlib.
Bankın xalis faiz gəlirləri 4,4 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.