ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.
55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.