Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Avtomobillərin şüşələrini qıraraq oğurluqlar etdi, tutuldu - ANBAAN VİDEO

1 649
Paylaş:
Avtomobillərin şüşələrini qıraraq oğurluqlar etdi, tutuldu -      ANBAAN VİDEO

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2 500 manata yaxın maqnitofon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib.

Murad Canızadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:

Ən son xəbərlər