Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxan şəxslərdən xəbər var

992
Paylaş:
Azərbaycanda koronavirusa yoluxan şəxslərdən xəbər var

Azərbaycanda koronavirus aşkarlanmış 3 xəstənin vəziyyətində ağırlaşma yoxdur.

Pravda.az-ın xəbərinə, bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.

TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni  xəstə yoxdur.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxslərdən 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.Modern.az

Paylaş:

Ən son xəbərlər