“Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-i rublla aparılır. Bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də məruz qalmayıb və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində söyləyib.