Suraxanı rayonunda hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb.
Avtomobil sahibi və ətrafda olanlar dərhal yanğına müdaxilə ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovları ram ediblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın avtomobilin mühərrik hissəsində olub.
Bənzər hadisə Zaqatala rayonunda da olub. Təmir sexində dayanan avtomobil qəfil alışıb. Hadisələr zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinin sahibinə külli miqdarda ziyan dəyib. Maraqlısı budur ki, payız və qış aylarında nəqliyyat vasitələrində belə hadisələrə nadir hallarda rast gəlinir. Son günlər havaların bir az isinməsilə belə hallar artır.