Türkiyəli müğənni Seda Sayan yeddinci dəfə ailə həyatı qurub.
Pravda.az xəbər verir ki, o, musiqiçi Çağlar Öktenə ərə gedib.
Cütlüyün may ayında Praqada keçirmək istədiyi toy Seda Sayanın komandasının viza ilə bağlı yaşadığı problem səbəbindən İstanbulda baş tutub. Onlar Beşiktaşdakı lüks hotellərin birində bir-birilərinə “hə” deyiblər.