Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gəncədə kişi arvadını bıçaqlayıb, çəkiclə döydü

1 149
Paylaş:
Gəncədə kişi arvadını bıçaqlayıb, çəkiclə döydü

Gəncə şəhərində kişinin arvadına bıçaqla xəsarət yetirməsi, daha sonra çəkiclə döyməsi barədə cinayət işi açılıb.

Pravda.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Müəyyən ekspertizalar təyin edilib. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisə məişət zəmində baş verib.

Paylaş:

Ən son xəbərlər