Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Türkiyə “Bahar qalxanı” əməliyyatına başladı – GƏRGİNLİK

1 144
Paylaş:
Türkiyə “Bahar qalxanı” əməliyyatına başladı –     GƏRGİNLİK

Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil:

“Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.

H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib.Report

Paylaş:

Ən son xəbərlər