Daxili İşlər Nazirliyi Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsini əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.
DİN-dən sürücünü döyən şəxslə bağlı açıqlama
Pravda.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb. Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.