Daxili İşlər Nazirliyi yanında İctimai Şura ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı aprelin 21-də baş verən hadisə ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildilir ki, hadisə İctimai Şuranın da diqqət mərkəzindədir:
“Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş vermiş hadisəni pisləyir və hesab edir ki, bu kimi hadisələrin üstünün tezliklə açılması, baş verənlərin presedentə çevrilməməsini təmin etmək vacibdir. Bununla cəmiyyətdə hüquq-mühafizə orqanlarına etimadsızlıq formalaşdırılmasının və hüquqi nihilizm yaratmaq istəyənlərin təxribatçı fəaliyyətlərinin qarşısını almaq mümkündür.
Azərbaycan hüquqi dövlətdir və qanunların aliliyinin qorunması bütün təsisatların borcudur. Hesab edirik nəinki Bəxtiyar Hacıyev, heç bir Azərbaycan vətəndaşı fiziki-mənəvi terrora məruz qala bilməz. Cinayət törədən hər kəs vəzifəsindən, mövqeyindən, ictimai-siyasi baxışından asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır”.
İctimai Şura olaraq paytaxtdakı müasir təhlükəsizlik alətlərindən istifadə edilərək ən qısa zamanda Bəxtiyar Hacıyevlə bağlı hadisənin günahkarlarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması və ictimaiyyətə geniş məlumat veriləcəyini gözləyir: