Ötən həftənin gündəmi qardaş Türkiyə Cümhuriyyətinin Suriya ərazisində keçirdiyi hərbi əməliyyatlar olsa da, həftənin sonuna doğru ölkə daxilində baş verən siyasi proseslər ölkə ictimaiyyətinin diqqətini iqtidar-müxalifət münasibətlərinə yönləndirdi.
Azərbaycan Respublikası Prezident Adminstrasıyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müxalif partiyalar da daxil olmaqla siyasi partiya liderləri ilə görüşlər təşkil etməsi diqqəti daha çox bu mövzuya yönəltdi. Belə xarakterli görüşlərin təşkili ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində aparılan, kadr dəyişikliyindən erkən bələdiyyə və parlament seçkilərinə qədər davam edən "bəyaz islahat"ın davamı hesab etmək olar.
Reallıqda bu addımı hakimiyyətin "iqtidar-müxalifət münasibətlərinin siyasi mədəniyyət çərçivəsində formalaşdırılması" yuxarıda qeyd olunan "bəyaz islahat"ın ən uğurlu addımı kimi dəyərləndirilməlidir.
Əslində iqtidar, “müxalifətə siyasi dözümlülük" prossesinə bir neçə müddət öncədən başlamışdı.
AXCP-nin Bakı Meriyasının yanında keçirdiyi piket, AXH-nın "Qarabağa azadlıq" aksiyası qeyd etdiyimiz "siyasi dözüm"ün nümunəsidir və bu nümunələrin son nöqtəsi müxalifət partiya liderləri ilə görüşlərin təşkili prosesinə başlanması oldu.
Bu yanaşmaya siyasi partiyaların reaksiyasını hesablamaq hər bir halda çətin olsada ümid edirik ki, siyasi partiyalar erkən parlament seçkiləri zamanında yaranan "baykotçular" və "seçki dəstəkçiləri" kimi iki qrupa bölünməyəcək.
Zamanla ölkə müxalifəti mövcud iqtidarın siyasi kursuna tənqidi yanaşsalarda hadisələr iqtidarın "kadr və siyasi islahat" mövzusunda dayanıqlılıq nümayiş etdirdiyini göstərir.
Buna nümunə kimi son bələdiyyə və parlament seçkilərində son seçkilərə qədər praktiki olaraq tanınmayan iddiaçıların namizədliyinin təsdiqinə və təbliğat-təşviqatlarının aparılmasına maneələrin yaradılmamasını göstərmək olar.