Ermənistanda koronavirusa ilk yoluxma faktı qeydə alınması səbəbindən məktəb və universitetlərdə dərs prosesi bir həftəlik dayandırılıb.
Pravda.az-ın xəbərinə görə, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb. Paşinyanın sözlərinə görə, bir həftəlik fasilə yaz tətilinin hesabına ediləcək.