Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Laçın sakini əmisini dırmıqla öldürdü

1 069
Paylaş:
Laçın sakini əmisini dırmıqla öldürdü

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:

Ən son xəbərlər