Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub.
Cinayət işinin materiallarında olan 21 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə “Master-İnşaat-Servise” MMC qalib gəlib.
Belə ki, icra hakimiyyəti tərəfindən 2017-ci ilin iyul-dekabr aylarında çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 91 nəfər işçi üçün 367 605 (ƏDV ilə birlikdə) manat vəsait keçirilən tenderin qalibi “Master-İnşaat-Servise” MMC-in bank hesabına köçürülüb.
Bundan başqa, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün 2018-ci ilin yanvar ayında 276 471,04 manat dəyərində keçirilən tender nəticəsində “MASTER-OFİS” MMC qalib gəlib.