İraqda daha 6 nəfərdə yeni növ koronavirus pnevmoniyasına yoluxma halı qeydə alınıb.

Pravda.az-ın xəbərinə görə, onlardan ikisi Bağdadda, dördü isə Süleymanidədir.

Yeni yoluxma halları ilə birlikdə İraqda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.