ABŞ prezidenti Co Bayden mayın 20-dən 24-dək Cənubi Koreya və Yaponiyaya səfər edəcək.
Pravda.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Prezident iki ölkələr arasında iqtisadiyyatı və xalqların əlaqələrini daha da dərinləşdirmək üçün mayın 20-dən 24-dək Koreya Respublikasına və Yaponiyaya səfər edəcək”, - deyə Psakinin yazılı açıqlamasında bildirilib. Səfər çərçivəsində Bayden adıçəkilən ölkələrin liderləri ilə görüşəcək.