Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Hadi Rəcəbli sosial şəbəkələrdəki hesablarını bağladı

964
Paylaş:
Hadi Rəcəbli sosial şəbəkələrdəki hesablarını bağladı

V çağırış Milli Məclisin deputatı Hadi Rəcəbli “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarını bağlayıb.

Pravda.az-ın xəbərinə görə, H.Rəcəbli bir müddətlik kənara çəkilib, mətbuatla da ünsiyyəti kəsib.

Qeyd: Mərkəzi Seçki Komissiyası fevralın 13-də 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələrini ləğv edib. Həmin seçki dairələri üzrə bu ilin sonunda təkrar seçkilərin keçirilməsi gözlənilir.

Xatırlatma: 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. 1995-ci ildə keçirilən seçkilərdə namizədliyini irəli sürüb, deputat seçilib, o, bir neçə seçkidə qalib olub, indiyədək səlahiyyətlidir.

Paylaş:

Ən son xəbərlər