Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Aqşin Fatehlə dava edən şəriki bir neçə nəfərin zəhərlənməsinə səbəb olubmuş

1 050
Paylaş:
Aqşin Fatehlə dava edən şəriki bir neçə nəfərin zəhərlənməsinə səbəb olubmuş

Meyxanaçı Aqşin Fatehin restoran şərikinin kimliyi müəyyənləşib.

Bu, 2019-cu ilin dekabrında üç nəfərin – Bakı sakinləri Sərxan Bayramov, Mustafa Mustafayevin və Hacıqabul sakini Ülvi Qurbanovun içkidən zəhərlənməsinə səbəb olmuş “Baku City” restoranının müdiri Füzuli Alıyevdir.

O, “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərini ucuz qiymətə daha iki restorana (“Baku Voice Rooms” və “Everest”) satmış, nəticədə üç nəfərin ölümünə və bir neçə nəfərin zəhərlənməsinə səbəb olmuşdu.

Maraqlı məqam isə ondan ibarətdir ki, həmin şəxs məhkəmənin qərarı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən o, 2024-cü ildə azadlığa çıxmalı idi. Belə olan halda sual doğur: Həmin şəxs necə restoran işlədir?

Oxu.az

Paylaş:

Ən son xəbərlər