Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN-dən Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat

1 309
Paylaş:
DİN-dən Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunub. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Paylaş:

Ən son xəbərlər