"Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir".
Yanğın nə vaxt söndürüləcək? - Kəmaləddin Heydərov açıqladı
Bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir yanğın ərazisində közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər qalacağını əlavə edib.