Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Fövqəladə hallar naziri: "Heç bir ciddi zəhərlənmə və heç bir ciddi ekoloji zərər yoxdur"

1 203
Paylaş:
Fövqəladə hallar naziri: "Heç bir ciddi zəhərlənmə və heç bir ciddi ekoloji zərər yoxdur"

Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Bunu Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, hazırda yanğının davam edən hissəsində söndürmə və soyutma işləri aparılır: "Közərmə səhərədək davam edəcəyi üçün növbətçi avtomobillər hadisə yerində qalacaq. Ehtimal ki, 1 saata yanğın söndürüləcək. Kəmaləddin Heydərov yanğında heç bir ekoloji fəlakət yaranmadığını qeyd edib: "Bizim və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin laboratoriyası cihazlarla birgə araşdırma aparıb. Heç bir ciddi zəhərlənmə və heç bir ciddi ekoloji zərər yoxdur.

Yanğın başlayandan 1 saat sonra zavodun işçilıəri və yaxınlıqdakı müəssisələrin işçiləri və mülki şəxslər Sumqayıt polis idarəsinin əməkdaşları və mülki müdafiə qoşunları tərəfindən evakuasiya olunub. Yaxında evakuasiya olunmalı yaşayış məntəqəsi yoxdur".

Paylaş:

Ən son xəbərlər