Türkiyənin “Pegasus Airlines” şirkətinin bir qrup əməkdaşının aprelin 27-si Qədr gecəsi günü paylaşdıqları foto ölkədə böyük narazılıqlara və müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, bir qrup şəxs Qədr gecəsi günü əllərində içki ilə foto çəkdirib. Sözügedən fotonu isə masa arxasında olan şəxslərdən biri “Qədr gecəsi özəl. Rəbbim qəbul etsin” şərhi ilə öz şəxsi sosial şəbəkə hesabında paylaşıb.