Eks-deputat, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.
o, Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.
Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10 YY 040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O. Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.
