Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yeni xarici işlər naziri təyin edildi - Qırğızıstanda

1 558
Paylaş:
Yeni xarici işlər naziri təyin edildi -   Qırğızıstanda

Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə - 2010-2012-ci illərdə, ikinci - 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin istefasının səbəbləri barədə məlumat verilmir.

Həmin gün dövlət başçısı əvvəllər Prezident Administrasiyasının xarici siyasət şöbəsinə rəhbərlik etmiş Kulubayevi XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib. Aprelin 27-də Qırğızıstan parlamenti Kulubayevin namizədliyini təsdiqləyib.

Report

Paylaş:

Ən son xəbərlər