Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda ("Pepsi" qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.