Britaniyalı evdar qadın Amanda Klark hər gün mənzilində yeddi saat təmizlik işləri aparır və o, bu prosesi öz hobbisi adlandırıb.
Pravda.az-ın xəbərinə görə, qadın bildirib ki, evində təmizlik işləri aparmaqdan xüsusi zövq alır.
Amanda Klark bildirib ki, evində səliqə-sahman işləri aparmaq ona hazırda həyatda olmayan anasını xatırladır:
“Anam da hər zaman evinin təmizliyinə xüsusi diqqət yetirər və bununla fəxr edərdi”.