Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı

1 492
Paylaş:
Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı

Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Pravda.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Allahverdi Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər