Rusiya Prezidenti Vladimir Putin Avropanın əksər ölkələrinin vətəndaşları üçün bir sıra viza üstünlüklərini dayandıran qanunu imzalayıb.
Pravda.az xəbər verir ki, qanun diplomatik pasport sahibləri - Aİ ölkələri, İsveçrə, Norveç, Danimarka, İslandiya, Lixtenşteyn vətəndaşları üçün viza rejimi tətbiq edir, həmçinin rəsmi nümayəndə heyətlərinin, milli və regional hökumətlərin və parlamentlərin, konstitusiya və ali məhkəmələrin üzvləri üçün viza üstünlüklərini ləğv edir.