Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
Pravda.az xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.
Qeyd edilir ki, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.