Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başlayıb.
Pravda.az xəbər verir ki, parlamentin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən dinc aksiya keçirilir.
Məlumata görə, paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.
Bu arada müxalifətin bir hissəsi Koryun küçəsində yürüşə başlayıb.