Almaniyada Azərbaycan Respublikası vətəndaşına xəsarət yetirərək qaçan şəxs saxlanılıb.
Hadisə ötən ilin oktyabrında Köln şəhərində qeydə alınıb. Azyaşlı övladı ilə qatarda səyahət edən 37 yaşlı Azərbaycan vətəndaşı tüfeyli həyat sürən şəxsin fiziki zorakılığına məruz qalıb. Baş nahiyəsindən xəsarət alan Azərbaycan vətəndaşı növbəti stansiyada polisə məlumat verib.