Avropa İttifaqı Rusiya qazına görə rublla ödənişdən imtina edir və təchizatı tədricən dayandırmağa hazırlaşır.
Bu təklif Aİ-nin enerji nazirlərinin Brüsseldə keçirilən fövqəladə iclasında səslənib.
Enerji komissarı Kadri Simson bildirib ki, Avropa şirkətlərinin imzaladıqları müqavilələrin 97%-də valyuta növü göstərilib. Bu ya avro, ya da dollardır. Növbəti ödənişlər mayın ortalarına nəzərdə tutulub və bütün şirkətlər müqavilə öhdəliklərinə əməl edəcək. Bununla yanaşı, İttifaq ölkələri qaz təchizatının dayandılrılmasına hazır olmalıdır.
Nazirlər həmçinin Rusiya neftindən tədricən imtina barədə də fikir mübadiləsi aparıblar. Lakin məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.