Smartfonun virusa yoluxması bəzən gizli şəkildə baş verir.
Mütəxəssislərin fikrincə, çox vaxt cib telefonu fon rejimində “sındırılır”. Ona görə də müdaxilə faktı cihazın sahibinin nəzərindən yayınır.
Ekspertlər bildirirlər ki, mobil cihazda zərərli proqramların quraşdırıldığını göstərə biləcək aydın əlamətlər var. Bunardan birincisi cihazın iş gücünün azalmasıdır. Həmçinin, virus fon rejimində işləyirsə, cihazın batareyası adi haldan daha tez boşalacaq.