Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Partiya qərargahının qarşısındakı pilləkəni kim dağıdıb? - DİN-dən açıqlama

2 110
Paylaş:
Partiya qərargahının qarşısındakı pilləkəni kim dağıdıb? -       DİN-dən açıqlama

"Vətəndaş İnkişaf Partiyasının Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal RPİ 27-ci PB-də təhqiqat araşdırması aparılır.

Report

Paylaş:

Ən son xəbərlər