Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.
Görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Qeyd edək ki, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb. Nəticədə o, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb. Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.