Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə yeni təyinat olub.
Pravda.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.
Bildirib ki, ABŞ Prezidenti Co Bayden general Kristofer Kavolini Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edib.
Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edir.