Çərşənbə axşamı, mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.
Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib.
Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub.