Tanınmış iş adamı Bəxtiyar Əzizli ilə bağlı polisə müraciət daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən 1983-cü il təvəllüdlü İqrar İsgəndərov ərizəsində Bəxtiyar Əzizlinin ona məxsus 200 min manat pulu ələ keçirdiyini bildirib.
Şikayətçi qeyd edib ki, 1984-cü il təvəllüdlü Bəxtiyar Kamal oğlu Əzizli 2021-ci ilin dekabr ayında onu aldadaraq pulu alıb və daha sonra geri qaytarmayıb.